Təhlükəsizlik şurasının iclasında Gürcüstanın qarşısında duran çağırışlar və regionda baş verən proseslər müzakirə olundu
Təhlükəsizlik şurasının iclasında Gürcüstanın qarşısında duran çağırışlar və regionda baş verən proseslər müzakirə olundu

Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə, iqtidar administrasiyasında Milli Təhlükəsizlik Şurasının ilk iclası keçirildi.

Milli Təhlükəsizlik Şurasının katibinin funksiyası, Gürcüstanın kəşviyyat xidmətinin rəhbəri Levan İzoriaya həvalə edildi.

İclasda Gürcüstanın qarşısında duran çağırışlar və regionda baş verən proseslər müzakirə olundu.

Xüsusi diqqət kiber-təhlükəsizlik sahəsində mövcud olan problemlərə və işğal edilmiş regionlardaki vəziyyətlə bağlı çətinliklərə yetirildi.

Baş nazirin rəhbərlik edtiyi Milli Təhlükəsizlik iclasında şuranın daimi üzvləri iştirak edirdilər: Daxili və Xarici İşlər nazirləri, DTX-nin rəhbəri, kəşfiyyat xidmətinin rəhbəri və müdafiyə qüvvələrinin başçısı.