Giorgi Qaxaria - Ölkəmizin təhlükəsini təmin edə bilmədiyimiz təqdirdə, iqtisadiyyatın və turizmin inkişafı haqqında söhbət boşdur
Giorgi Qaxaria - Ölkəmizin təhlükəsini təmin edə bilmədiyimiz təqdirdə, iqtisadiyyatın və turizmin inkişafı haqqında söhbət boşdur

Gürcüstanın bir nömrəli və əsas problemi işğaldır, hansı ki, işğal xəttinin yanında yaşayan vətəndaşların həyatını çətinləşdirir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Milli Təhlükəsizlik Şurasının iclasında verdi.

Giorgi Qaxaria təhlükəsizlik istiqamətində koordinasiyalı çalışmanın kritik əhəmiyyəti barədə söz etdi.

Ölkəmizin təhlükəsizliyini təmin edə bilmədiyimiz təqdirdə, iqtisadiyyatın və turizmin inkişafının təmin edilməsi haqqında söhbət boşdur, – dedi baş nazir.

Milli Təhlükəsizlik Şurasının katibi funksiyası, Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoriaya verildi.