Tea Tsulukiani - ümidvaram ki, przident vətəndaşlığın verilməsi məsələsi üzrə keçən ilin siyasətindən istifadə etməyəcək
Tea Tsulukiani - ümidvaram ki, przident vətəndaşlığın verilməsi məsələsi üzrə keçən ilin siyasətindən istifadə etməyəcək

Ədliyyə naziri Tea Tsulkianinin bəyanatına görə, 2017-ci il ərzində, Servislərin İnkişafı Agentliyinin müsbət yekununa baxmayaq, Gürcüstan prezidenti 565 nəfərə Gürcüstan vətəndaşlığının verilməsinə rədd cavabı verdi. Tsulukiani bu barədə Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında bəyan etdi.

Elə onun dediyinə görə, 565 şəxsdən 89 faizi Gürcüstanın keçmiş vətəndaşı, Gürcüstanda anadan olan və ya onların ailə üzvü idi.

“Bu cür siyasət, düşünürəm ki, konstitusiyanın dəyərlərinə qarşı çıxır. Biz hesab edirdik və hesab edirik ki, Gürcüstanın keçmiş vətəndaşı üçün, Gürcüstanda anadan olmuş şəxs üçün, Gürcüstan vətəndaşının ailə üzvü üçün Gürcüstan vətəndaşlığının verilməsi dövlətin marağındadır.

Vətəndaşlıq məsələləri üzrə kommisiya Dövlət Servislərin İnkişafı Agentliyindən Gürcüstan prezidentinin  administrasiyasına keçir.