Tea Tsulukiani - Patriarxın epistoliyasında narkosiyasət haqqında işarələr və ya bəyanatlar, hökumətimizin siyasəti ilə üst üstə gəlir
Tea Tsulukiani - Patriarxın epistoliyasında narkosiyasət haqqında işarələr və ya bəyanatlar, hökumətimizin siyasəti ilə üst üstə gəlir

Patriarxın epistoliyasında narkosiyasət haqqında işarələr və ya bəyanatlar, hökumətimizin siyasəti ilə üst üstə gəlir, – bu barədə Ədliyyə naziri, Tea Tsulukiani, Gürcüstanın Katolikos-Patriarxı, İkinci İliyanın milad epistoliyasını şərh edərkən bəyan etdi.

“Patriarxın epistoliyasında narkosiyasət haqqında işarələr və ya bəyanatlar, hökumətimizin, Ədliyyə Nazirliyinin və İdarələrarası Şurasının 2013-cü ildən olan siyasəti ilə üst üstə gəlir.

Bizim ölkəmizdə reabalitasiyanın həqiqi, avropa növlü sistem yaradılmalıdır. Hazırda ölkəmizdə bu mövcud deyil.

Bunların hamısı olmadan sözsüz ki, balanslaşdırılmış narkosiyasət haqqında danışmaq çətindir.

Buna görə də, bəli, 2013-cü ildən qarşımıza qoyduğumuz məqsədləri davam etdirməliyik”, – Tea Tsulukiani bəyan etdi.

Epistoliyada qeyd olunub ki, insan çalışır bu reallıqdan qaçsın, lakin yolunu itirmiş, çıxış yolunun əsasən narkotikin istifadəsində görür, bununla isə, vəziyyərini daha da ağırlaşdırır.