Tea Tsulukiani - İkiyə bölünən "Milli Hərəkat" destabilizasiyaya yaratmağa iki ayrı partiya ilə çalışır
Tea Tsulukiani - İkiyə bölünən "Milli Hərəkat" destabilizasiyaya yaratmağa iki ayrı partiya ilə çalışır

İkiyə bölünən “Milli Hərəkat” ölkənin ictimai və siyasi həyatında destabilizasiyaya yaratmağa iki ayrı partiya ilə çalışır, – bu barədə bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani verdi.

Onun dediyinə görə, “Milli hərəkat” bu mərhədə, hələlik, sadəcə insanları emosiyonal şəkildə narahat etməyi bacardı.

“Siyasi baxımından bu təbiidir, çünki Milli Hərəkat öz dəstəkçilərinə iqtidara qayıtmağı vəd etmişdi və bunu edə bilmədiyinə görə, hər yoldan istifadə edir” – dedi Tea Tsulukiani.

Gözlənilən destabilizasiya ilə bağlı dünən Daxili İşlər Naziri Giorgi Qaxaria da şərh verdi.

Onun dediyinə görə, o DTX əməkdaşları ilə bərabər provokasiyaların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər gördü.