Tea Tsulukiani - Müxalifətin 100/50-yə seçki sistemi modeli ilə və yaxud mövcud olan sistemlə keçirilən seçkilərə hazırlanmaqdan başqa yolu yoxdur

Müxalifətin 100/50-yə seçki sistemi modeli ilə və yaxud mövcud olan sistemlə keçirilən seçkilərə hazırlanmaqdan başqa yolu yoxdur, çünki səkkiz aydan sonra artıq seçki günüdür, – bu barədə bəyanatı Ədliyyə Naziri Tea Tsuluakiani verdi.

Gürcüstanın seçki sistemindəki dəyişikliklər barədə qanunlayihə ilə bağlı ATƏT-in demokratik institutlar və insan hüquqları ofisi (ODİHR) qərar yayıb.

Qərarda yazılıb ki, seçki sisteminin təyin edilməsi hər bir dövlətin suveren haqqıdır və necə majoritar, eləcədə proporsiyonal və hətta qarışıq seçki sistemi, prinsipdə, eyni dərəcədə legitimdir.

Həmçinin, qərarda deyilir ki, beynəlxalq praktika göstərir ki, seçkiyə bir ildən az qalmış bir müddətdə, seçki sistemində dəyişikliklərin edilməsi tövsiyyə edilmir.

Qanunlayihənin konstitusiyaya uyğun olub-olmaması ilə bağlı son qərar isə, milli məhkəmələr tərəfindən verilir.