Tea Tsulukiani - Müxalifət səsləri yenidən hesablamaq və yaxud seçkilər keçirmək istəmir, onun istədiyi inqilabdır, o da alınmadı
Tea Tsulukiani - Müxalifət səsləri yenidən hesablamaq və yaxud seçkilər keçirmək istəmir, onun istədiyi inqilabdır, o da alınmadı

“Gürcü Arzusunun” liderlərindən biri olan Tea Tsulukianinin dediyinə görə, müxalifət partiyaları səsləri yenidən hesablamaq və yaxud seçkilər keçirmək istəmirlər, onların istədikləri inqilabdır, o da alınmadı.

Tea Tsulukiani “İmedi” telekanalının efirində bəyan etdi ki, müaxalifət real olaraq, seçki nəticələrində yazılan səsləri aldı.

Onun dediyinə görə, müxalifətin yığdığı səslər paralel hesablama nəticələri ilə, praktiki olaraq, eynidir.

“Paralel hesablamayı MSK deyil, İSFED (Ədalətli seçkilər və demokratiyanın beynəlxalq təşkilatı) keçirdi.

Əsas müxalifət qüvvəsi bəyan edir ki, müxalifət ISFED-ə inanır.

Bəs MSK-nın nəticəsinə niyə inanmırlar, ordaki fərq sadəcə 0,1%-i təşkil edir?”, – dedi Tea Tsulukiani.