Tea Tsulukiani - "Gürcü Arzusunun" üçüncü dəfə seçilməyi bacaran ilk siyasi qüvvə olması bir çoxları üçün qeyri-məqbul və təəcübləndiricidir
“Gürcü Arzusunun” mövqeyi ilk gündən bəlli idi və bu mövqe dəyişmir. Bu mövqe onu nəzərdə tutur ki, xalq tərəfindən edilən seçim yenidən müzakirə olunmayacaq, – bu bəyanatı “Gürcü Arzusunun” üzvü Tea Tsulukiani Gürcüstanın Birinci Kanalının efirində verdi.
Onun dediyinə görə, növbədən kənar seçkilər “Gürcü Arzusu” tərəfindən bir an belə müzakirə olunmur.
“Hərhansı bir növbədənkənar seçkilərin keçirilməsi ideaya səviyyəsində belə müzakirə olunmur. Seçki islahatı razılaşma nöqtəsi ola bilər, ancaq seçkilərin yenidən keçirilməsi mümükün deyil. 8 mart razılaşmasını xatırlayın, müxalifətin tələbi ilə seçilən seçki modeli ilə keçirilən seçkilərin ləğv olunub, yenidən keçirilməsi məntiqə sığmır.
Başa düşürəm ki, “Gürcü Arzusunun” üçüncü dəfə seçilməyi bacaran ilk siyasi qüvvə olması bir çoxları üçün qeyri-məqbul və təccübləndiricidir, ancaq bu bir reallıqdır” – dedi Tea Tsulukiani.