Tea Tsulukiani - Biz təsdiqləməliyiq ki, Rusiya Gürcüstanda hücum etməyə, avqust müharibəsindən çox daha öncə hazırlaşırdı
Rusiya bəyan edir ki, 2008-ci ilin avqust müharibəsi insan hüquqları mövzusu deyil və bu məsələ Strasburq Məhkəməsində olmamalıdır, biz isə, buna ciddi arqumentlərlə qarşı dururuq – bu bəyanatı Ədliyyə Naziri Tea Tsulukiani Birinci Kanalın “42° paralel” verlişində verdi.
Nazirin dediyinə görə, Gürcüstan iqtidarı əlavə dəlillərlə Avropa Məhkəməsinə göstərməyə çalışır ki, Rusiya Gürcüstana hücum etməyə avqust hadisələrindən çox daha öncə çalışırdı.
Ölkələrarası davayı Strasburq məhkəməsinin böyük palatası müzakirə edəcək, hansı ki, 17 ölkənin, həmçinin Gürcüstanlı və Rusiyalı hakimlərindən ibarətdir. Palataya İnsan Hüquqlarının Avropa Məhkəməsinin prezidenti Qvido Raymond rəhbərlik edir.