Tea Tsulukiani - Biz də elə bilirdik ki, artıq səs yığmışıq, ancaq daha az səs görüncə, nəticələri qəbul etdik

Biz də elə bilirdik ki, artıq səs yığmışıq, ancaq umduğumuz yerlərdə daha az səs görüncə, nəticələri qəbul etdik, – bu bəyanatı “Gürcü Arzusunun” liderlərindən biri olan Tea Tsulukiani Birinci Kanalın efirində verdi.

“2010-cu ildə, tamamilə pesrpektivsiz mikro-partiyaya qoşuldum. O zaman Bidzina İvanişvili hələ siyasi arenada yox idi. Parlamentdə 5, 10 deputatımız var idi və o zaman, mən yeni siyasətçi olaraq, bunu böyük imkan olaraq, görürdüm. Çünki bu məsuliyyət məsələsidir. İndi başa düşürük ki, sən demə, 56 000 min səs, “Girçi” partiyasını dəstəkləyən gənclərimiş güya. Soruşsaq, səslərinin nə qədər olduğunu da deyə bilmirlər.

Biz də elə bilirdki ki, Zemo-Svanetidə, Raçada, Leçxumidə çox səslərimiz olacaqdı, ancaq, gözlədiyimiz bölqələrdə, umduğumuz qədər olmadığını görəndə, susduq və nəticələri qəbul etdik. Əgər siz bunu qəbul etmirsinizsə, bu sizin böyük məsuliyyətsizliyinizdir” – dedi Tea Tsulikaini.