Tea Tsulukaini - Bizim mövqeyimiz dəyişmir - "Alman modeli" dediyimiz antikorrupsiya modelidir və bununla bağlı növbəti debatlar keçirilməyəcək
“Bizim mövqeyimiz dəyişmir və “Alman modeli” dediyimiz antikorrupsiya modelidir və bununla bağlı növbəti debatlar keçirilməyəcək”, – bu barədə bəyanatı Ədliyyə Naziri Tea Tsulukiani, diplomatik korupusunun iştirakı ilə iqtidar və müxalifət nümayəndələri arasında keçirilən görüşdən çıxdıqdan sonra verdi.
“Müzakirə etdik və mövqeyimiz yenə eynidir, “Alman modeli” bir antikorrupsiya modelidir və bu artıq müzakirə edilməyəcək.
Həmçinin, xarici kolleqalarımız tərəfindən digər modellər təklif edildi, ancaq mövqeyimiz yenə dəyişmədi və konstitusiya dəyişiklikləri həyata keçirilməyəcək” – dedi Tea Tsulukiani.
Tsulukianinin dediyinə görə, müxalifət nümayəndələri heç bir arqumentlə təsdiqləyə bilmədilər ki, “alman modeli” konstitusiya modelidir və onun konstitusiya modelinə çevrilməsini təklif edirdilər.
“Ancaq yenə də, dialoq çox önəmli idi, çünki biz ölkəmizə hörmət edirik və gələcəkdə də lazım olsa, biz müxalifət nümayəndələri ilə yenə də görüşəcəyik” – dedi Ədliyyə Naziri.
Onun dediyinə görə, xarici diplomatlar görüşdətərəf deyildilər, onlar sadəcə fasilitator olaraq, yardım etməyə çalışırdılar.