Tea Sulukiani - hakimlərin müddətsiz təyin olunma prossesi çətinliklərlə dolu prosses idi
Tea Sulukiani - hakimlərin müddətsiz təyin olunma prossesi çətinliklərlə dolu prosses idi

Son günlərdə gördüklərimiz, Ədliyyə Ali Şurası çərçivəsində, müəyyən hakimlərin müddətsiz təyin olunmaları ilə əlaqədar məsələ, onu sübut edir ki, prosses Ədliyyə Ali Şurası üzvləri üçün, eləcə də sədr üçün çətinliklərlə dolu idi, – bu haqqda Tea Sulukiani, Strasburqda Birinci Kanala bildirdi.

Onun dediyinə görə, hakimlərin təyin edilməsi/edilməməsi məsələsi hökumətə deyil, ədalətə aiddir.

Noyabrın 9-da məlumat yayıldı ki, Nino Qvenetadzenin vəzifəsini tərk etməsi mümkündür. Buna səbəb hakimlərin müddətsiz təyin olunması ilə əlaqədar problem göstərilirdi. Daha dəqiq, yayılan məlumata görə, Nino Qvenetadze 34 hakimin müddətsiz təyin olunmasına imzalamaq istəmirdi.

Lakin sonralar Ali Məhkəmənin və Ali Ədliyyə Şurasının sədri Nino Qvenetadze, qeyd olunan sənədə imza atdı.