Tea Axvlediani Cenevrə danışıqlarının yeni təyin olunan sədri ilə onlayn-görüş keçirdi

Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Gürcüstanın dövlət naziri Tea Axvlediani beynəlxalq Cenevrə danışıqlarının yeni sədri Anika Solder ilə distansiyalı rejimdə görüş keçirdi.

Dövlət Nazirinin mətbuat xidmətinin məlumatına görə, Tea Axvlediani Gürcüstanın işğal edilmiş ərazilərində mövcud olan ağır vəziyyətlə bağlı məlumat verdi. Xüsusi diqqət orada yaranan humanitar krisizə yetirildi.

Mətbuat xidmətinin məlumatına görə, görüşün əsas hissəsi Gürcüstanın Barış və qoşulma siyasətinə və “Daha yaxşı gələcək üçün addım” adlı sülh təşəbbüsünə yetirildi.

Dövlət naziri yeni təyin olunan sədrə bu istiqamətdə atılan addımlar haqqında detallı məlumat verdi.

ATƏT-in xüsusi nümayəndəsi isə, öz növbəsində, Gürcüstan iqtidarının təşəbbüsünü dəyərləndirdi və sülh prosesində gürcü tərəfini dəstəklədiyini bildirdi.

Tərəflər sıx əməkdaşlıq etməyə razılaşdılar.