Tbilisinin təcili tibbi yardım xidmətinin əməkdaşları aksiya keçirirlər
Tbilisinin təcili tibbi yardım xidmətinin əməkdaşları maaşların 100 faiz artırılması tələbi ilə Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin inzibati binası qarşısına toplaşıblar.
Aksiya iştirakçılarının sözlərinə görə, bu məsələ ilə bağlı bu gün saat 16:00-da təşəbbüskar qrupunun nümayəndələri həmkarlar ittifaqının sədri İrakli Petrişvili ilə birlikdə nazirliyin nümayəndələri ilə görüşəcəklər.
Həmçinin aksiya iştirakçıları Fövqəladə Halların inzibati binasından Səhiyyə Nazirliyi istiqamətində yürüş təşkil etməyi planlaşdırırlar.