Tbilisinin Munisipal Təftiş Aparatının qərarının təqdim edilməsi qaydaları dəyişdirilib
Tbilisinin Munisipal Təftiş Aparatının qərarının təqdim edilməsi qaydaları dəyişdirilib

 

Tikinti obyektinə dair Tbilisinin Munisipal Təftiş Aparatının qərarının təqdim edilməsi qaydası dəyişdirilib – bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, əgər tikinti işlərini aparan şəxs Munisipal Təftiş Aparatının qərarını təhvil almaqdan imtina edərsə, o halda qərar müəssisənin görünən yerinə yerləşdiriləcək və təhvil verilmiş hesab olunacaq.

“Tikintiyə nəzarətin həyata keçirilməsi prosesində qərarların təhvil verilməsi, onun qüvvəyə minməsi və icrası ilə bağlı problemlərimiz var idi. Müəssisənin sahibi çox vaxt Munisipal Təftiş Aparatının qərarını təhvil almaqdan imtina edirdi. Artıq mövcud təcrübələrdən istifadə etdik. Belə ki, qərar müəssisənin görünən yerinə yerləşdiriləcək və təhvil verilmiş hesab olunacaq. Həmçinin, qanunvericilikdə nəzərdə tutulan bütün hüquqi nəticələr bərabərində gələcək” -deyə Kaxa Kaladze bildirib.