Tbilisinin İnfeksiya xəstəxanasında kəskin respirator simptomları ilə, Çindən gələn 24 yaşlı gənc yerləşdirilib

Tbilisinin İnfeksiya xəstəxanasında kəskin respirator simptomları ilə, Çindən gələn 24 yaşlı gənc yerləşdirilib. Gənc turist Çin vətəndaşıdır.

Bu barədə məlumatı Birinci Kanala Tbilisi İnfeksiya Xəstəxanasının baş direktoru Tenqiz Tsertvadze verdi.

Onun dediyinə görə, pasientə müvafiq müalicə keçirilir.

İnfeksiya xəstəxanasının baş direktorunun dediyinə görə, gənc klinikaya özü gedib, çünki yüksək temperaturu və boğaz ağrısı var idi.

Klinikada bəyan edirlər ki, pasient Çində çalışır və Gürcüstana Azərbaycandan keçərək, gəlib.

Tsetsvadzenin dediyinə görə, ondaki xəstəlik koronavirus deyil, ancaq pasient yenə də həkimlərin nəzarəti altında qalır.