Kvemo-Kartli qubernatorunun məlumatına görə, Marneuli və Bolnisidə yoxlanılan 20 000 nəfərdən 25-ndə yüksək temperatur və virus simptomları müşahidə olunurdu
Karantinin qüvvədə olduğu Marneuli və Bolnisi rayonlarında, könüllülər qrupu tərəfindən yoxlanılan 20 000 nəfərdən 25-ndə yüksək temperatur və virus simptomları müşahidə olunur.
Bu barədə məlumatı Kvemo-Kartlinin qubernatoru Şota Rexviaşvili verib.
Qeyd olunan şəxslər yerli xəstəxanalara yerləşdirildilər.
Yüksək temperaturu və digər simptomları olan iki yük maşını sürücüləri izolyasiya zonasındadırlar.
İndi isə, onların analiz cavabları gözlənilir.