Tbilisinin dövlət uşaq bağçalarına uşaqların qeydiyyatı sabahdan başlayacaq

 

 Tbilisinin dövlət uşaq bağçalarına uşaqların 2020-2021-ci  təlim-tərbiyə ili üçün  elektron qaydada  qeydiyyatı iyunun 12-də  başlayacaq.

 Uşaq bağçalarının  İdarəsi Agentliyindən verilən məlumata görə,   bağçalara qeydiyyat iki mərhələdə aparılacaq.

  Prioritet kateqoriyalı uşaqların  qəbulunu özündə cəmləşdirən birinci mərhələ iyunun 12-də, saat 12: 00-da başlayacaq və iyunun 19-dək davam edəcəkdir. Bu kateqoriyalar aşağıdakılardır:

Körpələr  evinin benefisiarları; Sosial cəhətdən həssas olan ailələrin uşaqları (100.000 bala qədər); Xüsusi təhsilə  ehtiyyacı olan uşaqlar ; Tək valideynlərin uşaqları; Çox uşaqlı  ailə statusuna malik vətəndaşların uşaqları (dörd və ya daha çox uşaq); Hərbi qulluqçuların övladları (Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə; beynəlxalq sülhməramlı missiyalarda və vəzifə borclarını yerinə yetirərkən  yaralanmış,həlak olmuş və itkin düşmüş hərbçilərin övladları, habelə beynəlxalq sülhməramlı əməliyyatlarda olan    qulluqçuların övladları).

Eyni zamanda, ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq,  Tbilisinin Uşaq bağçalarının  İdarəsi Agentliyi  bu il xüsusi təhsilə  ehtiyyacı olan uşaqların valideynləri üçün  qeydiyyat  prosedurunu sadələşdirir.

 Agentliyə getmək əvəzinə, xüsusi təhsilə ehtiyyacı  olan uşaqların qeydiyyatı üçün tələb olunan sənədləri (uşağın doğum şəhadətnaməsi, sağlamlıq barədə arayış  – Forma 100, Forma 50)  bağçanın nömrəsi və valideynin əlaqə məlumatlarını  valideynlər – [email protected]  ünvanına  elektron poçt vasitəsi ilə  göndərməlidirlər.

Eyni elektron poçt  ünvanında ([email protected]) hərbi qulluqçu statusu olan vətəndaşların müvafiq sənədləri (uşağın doğum şəhadətnaməsi , valideynin  şəxsiyyət vəsiqəsi, Müdafiə Nazirliyindən arayış, arzuolunan  uşaq bağçası haqqında məlumat, həmçinin valideynin  əlaqə məlumatları) qəbul olunacaq.

Bütün digər statusları olan uşaqlar  birinci mərhələdə elektron qaydada qeydiyyata alınacaqlar.

İkinci mərhələyə qeydiyyat iyunun 19-da, səhər 12.00-dan  başlayacaq.

Qeydiyyata alınan uşağın valideyni lazımi  sənədləri müvafiq uşaq bağçasına təqdim etməlidir. Tələb olunan sənədlər:

Doğum haqqında şəhadətnamənin surəti; 2 fotoşəkil (biometrik); Sağlamlıq haqqında arayış; Valideynlərin  vəsiqələrinin surəti.

 

 

 

Hazırladı-Sevinc Mustafayeva