Tbilisidə Kikvidzenin yeniləşdirilmiş parkı açıldı.
Parkın açılışında paytaxtın meri Kaxa Kaladze və Gürcüstanın baş naziri Giorgi Qaxaria iştirak edirdilər.
Baş nazir və paytaxt meri parkın açılışında yığılan ictimaiyyətə nitqlə müraciət etdilər.
Reabilitasiya çərçivəsində, parkın ərazisi böyüdüldü, idman və oyun meydançaları və istirahət pavilyonları hazırlandı.
72 100 kvadrat metrlik ərazidə cəmi olaraq, 12 124 ağac əkildi.
Reabilitasiya işlərinin həyata keçirilməsi üçün paytaxt büdcəsindən 4 500 000 lari ayrıldı.















