Tbilisidə, Tsinamzğvrişvili küçəsində mağazanı soydular
Tbilisidə, Tsinamzğvrişvili küçəsində mağazanı soydular

Tbilisidə soyğun baş verdi. Tsinamzğvrişvili küçəsində mağazanı soydular.

Soyğunçuluq faktını Birinci Kanala Gürcüstan Daxili İşlər Nazirliyində təsdiq etdilər. İdarənin məlumatına görə istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır.

DİN-in məlumatına görə, istintaq tədbirləri görülür. Şübhəli hələlik yaxanmayıb.