Tbilisidə, Tsereteli prospektində gənc kişini yaraladılar
Tbilisidə, Tsereteli prospektində gənc kişini yaraladılar

Tbilisidə, Tsereteli prospektində “Dinamo” stadionu həndəvəri ərazisində gənc kişini yaraladılar. Mövcud olan məlumata görə, hadisə səhər açılarkən baş verdi. Hadisə yerində ekspert-kriminalistlər işləyirdilər.

Daxili İşlər Nazirliyində Birinci Kanala verilən məlumata görə, hüquq mühafizəçilər sağlamlığa qəsdən xəsarət yetirmə ittihamı ilə bir nəfəri elə hadisə yerində yaxaladılar.

Baş verənlər üzrə istintaq Gürcüstan CM-nin 1170-ci maddəsi ilə aparılır.