Tbilisidə taksi sürücüləri iki həftədə bir PCR testdən keçməli olacaqlar
Hərhansı kateqoriyalı taksi sürücüləri icbari qayda ilə, iki həftədə bir dəfə PCR testindən keçməli olacaqlar, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze munisipalitetin hökümət iclasında verdi.
Onun dediyinə görə, idarələrarası koordinasiya şurasının qərarı ilə, Tbilisidə A və B kateqoriyalı taksi sürücülərinin periodik testləşdirilməsi keçiriləcək.
Merin dediyinə görə, şəhərdə bir neçə hal qeydə alındı, hansında taksi sürücüləri infeksiyaya yoluxduqları halda, işləməyə davam edirdilər.
“Belə hallardan qorunmaq üçün taksi sürücülərinin iki həftədən bir PCR testi keçiriləcək” – dedi paytaxt meri.
Prosesin monitorinqini paytaxt meriyası və mərkəzi iqtidar birgə şəkildə həyata keçirəcəklər.