Tbilisidə, Rustaveli prospektində, müxalifətin aksiyası keçirilir
Tbilisidə, Rustaveli prospektində, müxalifətin aksiyası keçirilir

Tbilisidə, Rustaveli prospektində, müxalifətin aksiyası keçirilir.

Aksiya təşkilatçılarının dediklərinə görə, sükut aksiyası ilə, onlar seçkilərlə bağlı öz narazılığını ABŞ-ın dövlət katibinə çatdırmaq istəyirlər.

Aksiya iştirakçıları iki metrlik distansiya ilə, diri zincir şəklində durmağı planlayırlar.

“Milli Hərəkatın” üzvü Zaal Udumaşvili qeyd edir ki, bugün keçirdikləri sükut aksiyası əslində ən çox çığıran aksiyadır, çünki onda minlərlə vətəndaş iştirak edəcək.

“Aksiya opera teatrından Filarmoniyaya qədər uzanacaq. Biz ilk növbədə Amerika Birləşmiş Ştatlarına illər ərzində, Gürcüstana göstərdiyi dəstək üçün təşəkkür edirik, ABŞ-a mesajımız isə, oktyabrın 31-də, əlimizdən alınan, oğurlanan seçkilərdir” – dedi Zaal Udumaşvili.