Tbilisidə Ken Volkner adına Tibbi Reabilitasiya Universitet Klinikası açıldı
ABŞ-ın Gürcüstandaki Səfirliyi Tbilisidə Ken Volkner klinikasının tibbi reabilitasiya mərkəzinin açılması ilə bağlı məlumat yayır.
Səfirliyin məlumatına görə, bugün Amerika Birləşmiş Ştatlarının səfiri Keli Deqnan, Gürcüstanın baş naziri Giorgi Qaxaria və Səhiyyə Naziri Ekaterine Tikaradze ilə bərabər Ken Volkner Universitet Klininakısının reabilitasiya mərkəzinin açılışında iştirak etdi.
Klinika özəl və ictimai sektorun partnyorluğu və USAİD və Emori Universitetinin dəstəyi ilə açıldı.
Klinikanın inşaatı və texniki avadanlığı üçün Foresight özəl şirkəti $5 milyon dollar xərclədi.
Tbilisidə Kent Volkner adına Tibbi Reabilitasiya Universitet Klinikası bugün açıldı.





