Tbilisidə, Kavtaradze küçəsində istirahət zonası (skver) hazırlanacaq

Vake rayon icra hakimiyyətinin infrastruktur layihələri çərçivəsində və yerli əhalinin istəyi ilə, Kavtaradze №72-də istirahət parkı hazırlanacaq.

Hazırda inşaat işləri aparılır.

Bu haqda məlumatı Tbilisi Meriyası yayır.

Skverdə uşaq atraksyonları və digər urban infrastruktur yerləşdiriləcək.

Layihənin maddi dəyəri 125 500 lari təşkil edir və Tbilisi Meriyası tərəfindən maliyyələşdirilir.