Tbilisidə pitbull tərəfindən hücum edilən 67 yaşlı qadın ın vəziyyəti ağırdır.
O Birinci Universitet klinikasına yerləşdirilib.
Klinikanın direktoru Levan Ratianinin bəyanatına görə, bu mərhələdə pasiyentin həyati təhlükəsi yoxdur, ancaq o sünii nəfəs ama aparatı altındadır.
“Pasiyent sünii nəfəs alma aparatı altında narkozdadır. Hazırda pasiyentin yaralarına tikişlər qoyulub. Rekonstruksiya əməliyyatları keçirilib. Həyati təhlükəsi yoxdur” – dedi Levan Ratiani.
Daxili İşlər Nazirliyində bəyan edirlər ki, faktla bağlı istintaq aparılır,ancaq pitbullun sahiblərinə hansı cəzanın veriləcəyi konkretləşdirilmir.
Hadisə dünən gecə saatlarında Tsinamdzğvrişvili küçəsində baş verdi.