Tbilisidə, aksiyada inzibati qayda ilə həbs edilən bir neçə şəxs azad edildi
Tbilisidə, aksiyada inzibati qayda ilə həbs edilən bir neçə şəxs azad edildi

​Tbilisidə, aksiyada inzibati qayda ilə həbs edilən bir neçə şəxs azad edildi.

Vəkil Giorgi Maxaradzenin bəyanatına görə, bu vaxt üçün “Bəyaz səs hərəkatı”-nın təsisçisi Beka Tsikarişvili, “Basiani” klubunun əməkdaşı Giorgi Çanturişvili və Britaniya vətəndaşı Mailo Travers azad edildilər.

Vəkilin bəyanatına görə, onların hamısı “Basiani” klubunda keçirilən aksiya zamanı polisə müqavimət göstərmə ittihamı ilə həbs edildilər.

Bununla yanaşı, inzibati qayda ilə həbs edilən “Girçi” təşkilatının üzvü Zurab Caparidze də azad edildi.

Dünən gecə, “Basiani” və “Qaleri” gecə klublarında narkotik maddələrinin realizasiyası ittihamı ilə 8 nəfər həbs edildi – bu barədə məlumat Birinci Kanala Daxili İşlər Nazirliyindən verildi.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, “Basiani” və “Qaleri” gecə klublarında narkorealizasiya faktını aşkarlamaq üçüb polis 3 ay ərzində intensiv istinaq aparırdı.