Tbilisidə "ağıllı" nəqliyyat sistemi tətbiq olunacaq

Bütün Tbilisi miqyasında “ağıllı” nəqliyyat sistemi tətbiq olunacaq və işıqförlər, kameralar və digər nəzarət sistemləri birgə vahid sistemə birləşdiriləcək.

Bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze bu gün paytaxt hökümət iclasında verdi.

Onun dediyinə görə, işıqförlərin sinxronizasiyalı “ağıllı” işləməsi yollarda tıxancların azalmasına və tibbi yardım maşınlarının daha sürətli hərəkət etməsinə yardım edəcək.