Tbilisi və İmereti regionunda bugündən etibarən restoranlar və bütün əyləncə mərkəzləri 22:00-a qədər işləyəcəklər

Tbilisi və İmereti regionunda bugündən etibarən restoranlar və bütün əyləncə mərkəzləri 22:00-a qədər işləyəcəklər.

Məhdudiyyətlərin qoyulması epid-vəziyyətin pisləşməsi ilə bağlıdır.

Requlyasiyaların qoyulmasının səbəbi isə, koronavirusun tez zamanda yayılmasının prevensiyasıdır.

Qoyulan məhdudiyyətlərin pozulması fiziki şəxs üçün 2 000 larilik, hüquqi şəxs üçün isə, 10 000 larilik cəriməyi nəzərdə tutur.

Gürcüstanın baş naziri Giorgi Qaxarianın dünənki hökümət iclasında bəyan etdiyinə görə, iqtidarın əsas strategiyası təcili lokal məhdudiyyətlərdir.

Məhdudiyyətlərin monitorinqini əmək inspeksiyası xidməti, milli ərzaq agentliyi, gəlirlər xidməti və Daxili İşlər Nazirliyi keçirəcəklər.