Tbilisi metrosu bugündən adi rejimdə işləməyə davam edəcək

Tbilisi metrosu bugündən etibarən səhər saat 06:00-dan 00:00-a qədər əhaliyə xidmət edəcək.

Tbilisi Nəqliyyat Şirkətində bəyan edirlər ki, enerji-təhlükəsizliyi və ventilyasiya sisteminin reabilitasiyası başa çatdı.

Təmir işlərinə görə, Tbilisi metrosu 2019-cu ilin iyunun 1-dən qafiklə gecə saat 23:00-a qədər işləyirdi.

Təmir layihəsinin həyata keçirilməsi üşün Asiya İnkişaf bankı tərəfindən 15 milyon lari ayrıldı.