Tbilisi meriyasının munisipal inspeksiyası Rustaveli caddəsindəki aksiya iştirakçılarına içməli su payladı
Tbilisi meriyasının munisipal inspeksiyası Rustaveli caddəsindəki aksiya iştirakçılarına içməli su payladı.
Paytaxt meriyasının munisipal inspeksiyasının rəhbəri Levan Cğarkava jurnalistlərlə söhbət zamanı bəyan etdi ki, Tbilisi meriyasının xidmətləri aksiya iştirakçılarına hər bir texniki məsələrlə bağlı yardım etməyə hazırdır.
Levan Cğarkavanın dediyinə görə, o aksiya iştirakçıları ilə görüşdü və konkret detallar haqqında razılaşdı.
Tbilisidə, Rustaveli prospektində 20 iyun ilə bağlı aksiya keçirilir. “İşğala qarşı bərabər olaq” adlı aksiya “Ayıbdır” və “Cürət et” hərəkatlarının təşkilatçılığı ilə keçirilir.
Eyni aksiyalar Kutaisi və Batumi şəhərlərində də keçirilir.