Tbilisi meriyası sürücülərə müraciət edir ki, fevralın 7-dən avtobus xəttlərinə keçməsinlər
Tbilisi meriyası sürücülərə müraciət edir ki, fevralın 7-dən avtobus xəttlərinə keçməsinlər

Vitse-mer İrakli Xmaladze müvəqqəti olaraq, avtomobillərin avtobus xəttlərində hərəkəti barədə bəyanat verdi.

Onun dediyinə görə, fevralın 7-dən avtobus xəttinə keçmək bütün nəqliyyat növləri üçün qadağandır.

“Müvəqqəti olaraq, ictimai nəqliyyatın işləmədiyinə görə, özəl avtomobil sürücülərinə avtobus xəttlərində hərəkət etmək üçün izin verilmişdi, ancaq, ictimai nəqliyyatın fəaliyyəti bərpa olunduğuna görə, bazar günüdən etibarən, avtobus xəttinə keçən nəqliyyat vasitələrinin sürücüləri cəimələnəcəklər” – dedi Xmaladze.

Xatırladaq ki, fevralın 8-dən ölkə miqyasında ictimai nəqliyyat vasitələrinin fəaliyyəti bərpa olunur, ancaq ictimai nəqliyyat saat 21:00-a qədər işləyəcək.