Tbilisi meriyası "Mziuri" ərazisində qalereya-mediateka tikəcək və onu sosiyal müəssisəyə verəcək
Yeni adaptə edilən uşaq şəhəri “Mziuridə” munisipalitet meriyası iki əhəmiyyətli layihə həyata keçirəcək, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze verdi.
Kaladzenin Tbilisi munisipalitet hökümətinin iclasında verdiyi bəyanata əsasən, infrastruktur birliyinin şəhər xidməti “Mziuri” ərazisində qalereya-media-teka yaradacaq və qeyd olunan parkı zoopark ilə birləşdirən körpü tikəcək.
“Mediateka yaratmaq istəyirik, ancaq onun üçün ayrılan yer kiçikdir. Bilidiyiniz kimi, “Mziuridə” sosiyal müəssisə “Mziuri kafesi” var və orada qalereya-mediateka tikiləcək. Bu layihəyi biz həyata keçirəcəyik, daha sonra isə, onu müqavilə əsasənda, Anna Qoquadzenin sosiyal müəssisəsinə verəcəyik” – dedi Kaxa Kaladze.
İkinci layihəyə gəlincə isə, paytaxtın merinin dediyinə görə, piyada keçid körpüsü tikiləcək, hansı ki, “Mziuri” parkı və Zooparkı birləşdirəcək.