Tbilisi meri şəhər xidmətindən xahiş edir ki, privatizasiya planının həyata keçirilməsi üçün gərəkən bütün imkanları araşdırsınlar
Tbilisi meri Kaxa Kaladze, Tbilisi meriyasının şəhər xidmətindən, xüsusi ilə də, mülki idarə xidmətindən xahiş edir ki, privatizasiya planının həyata keçirilməsi üçün gərəkən bütün imkanlar araşdırılsın və büdcəni gəlir hissəsində qeyd olunan əksiklik balanslaşdırıldın.
Tbilisi meri paytaxt hökümətinin iclasında prioritetli məsələlər haqqında danışdı.
“Növbəti illər ərzində, bütün istiqamətlərdə işlərə davam edəcəyik. Necə infrastruktur, eləcə də, nəqliyyat siyasəti, ekoloji vəziyyət və yardıma ehtiyacı olan vətəndaşlarla bağlı məsələlər üzrə işlər davam edəcək.
Ancaq bütün bunlara resurslar lazımdır. Ona görə də, vitse-merdən soruşmaq istəyirəm, büdcə ilə bağlı vəziyyət necədir” – dedi Kaxa Kaladze.
Vitse-mer isə, öz növbəsində bəyan etdi ki, pandemiya dövründə aşağı iqtisadi fəallığıa görə, vergilər hissəsində gəlir xeyli azalıb və munisipalitetin privatizasiya planının artırılması və privatizasiya aktivinin daha çox mobilizasiyası ehtimal olunur.
Kaxa Kaladze, Tbilisi meriyasının şəhər xidmətindən, xüsusi ilə də, mülki idarə xidmətindən xahiş edir ki, privatizasiya planının həyata keçirilməsi üçün gərəkən bütün imkanlar araşdırılsın və büdcənin gəlir hissəsində qeyd olunan əksiklik balanslaşdırıldın.
“Bütün bunlar şəhərdə, infrastruktur layihələrində, sosiyal və səhiyyə istiqamətindəki layihələrimizdə əks olunur, ona görə də, maksimal şəkildə işləməliyik ki, bu gəlirləri artıraq və şəhərə və munisipalitetin yardımına ehtiyacı olan vərtndaşlarımıza yardım edə bilək” – dedi Kaxa Kaladze.