Tbilisi meri 13 iyun memorialına əklil qoyub
Tbilisi meri 13 iyun memorialına əklil qoyub

 

Tbilisi meri Kaxa Kaladze Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və sakrebulonun sədri Qiorqi Tğemaladze ilə birlikdə iyunun 13-də baş verən fəlakət nəticəsində həlak olmuş şəxslərin ruhunu yad etmək üçün Chabua Amirecibi şossesində keçirilən mərasimdə iştirak edib,   memoriala əklil qoyub.

Kaxa Kaladze həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, 2015-ci ilin iyunun 13-də paytaxt üçün ən ağır səhər açılıb.

“13 iyun faciəsindən 7 il ötür. Şəhərimiz üçün ən ağır olan gecə və bu gecədən daha da ağır olan açılan səhər idi. Biz əslində vəziyyətin necə olduğunu gördük – dünyasını dəyişmiş çoxlu insan, dağılmış evlər, su basmış küçələr və zoopark ərazisi, ölü heyvanlar. Çox çətin vəziyyət idi. İndi də o səhər paytaxtda baş verənləri sözlə ifadə etməkdə, danışmaqda çətinlik çəkirəm, lakin gənclərin böyük bir qrupu meydana çıxdı. Ən böyük nəticəyə gətirib çıxaran belə bir həmrəylik və yekdillik xatırlamıram. Şəhərə aşiq insanlar dəstə-dəstə gəlib infrastrukturu qaydasına salmaq üçün şəhərin təmizlənməsi və səliqə-sahman işlərinə qoşulurdular. Bir daha mərhumların ailələrinə başsağlığı verirəm. Ölənlərin hamısının ruhu nurla dolsun. 21 nəfər həlak olub, iki nəfər isə itkin düşüb” – deyə Kaxa Kaladze bildirib.

Paytaxt meri ilə birlikdə şəhər merinin müavini Andria Basilaia, Vake rayonunun icra başçısı Davit Kvinikadze və Tbilisi Sakrebulosunun deputatları ərazidə olublar.