Tbilisi-Manqlisi yolunun müəyyən hissələrində nəqliyyatın hərəkəti qadağan edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, güclü qar fırtınası və görmə məsafəsinin pisləşməsi ilə əlaqədar olaraq Tbilisi-Manqlisi avtomobil yolunun 11 km-24 km olan hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Avtomobil Yolları Departamenti əhalini saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə hərəkət etməyə və avtomobil yollarında tətbiq olunan rejimlərə əməl etməyə çağırır.