Tbilisi, Kutaisi, Rustavi və Zuqdididə məktəblərdə dərslər 6-cı sinif şagirdləri daxil olmaqla bərpa olunacaq, Poti və Qoridə isə, 12-ci sinif daxil olmaqla, bütün şagirdlər üçün bərpa olunacaq
Oktyabrın 1-dən, Acarıstandan başqa bütün regionlarda təhsil prosesi məktəblərdə bərpa olunacaq.
Tbilisi, Kutaisi, Rustavi və Zuqdididə məktəblərdə dərslər 6-cı sinif şagirdləri daxil olmaqla bərpa olunacaq, Poti və Qoridə isə, 12-ci sinif daxil olmaqla, bütün şagirdlər üçün bərpa olunacaq, – bu barədə bəyanatı iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili, koordinasiya şurasının iclasından sonra verdi.
Onun dediyinə görə, oktyabrın 1-dən, Poti və Qoridə məktəb dərsləri bütün sinif şagirdləri üçün bərpa olunacaq.
Ali məktəblərdə isə, dinstansiyalı təhsil prosesi davam edəcək” – dedi Natia Mezvrişvili.