Tbilisi İnfeksiya Xəstəxanasının yeni binasının tikilməsi üçün təqribən 40 milyon lari ayrılacaq
Tbilisi İnfeksiya Xəstəxanasının yeni binasının tikilməsi üçün təqribən 40 milyon lari ayrılacaq.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.
Baş nazirin dediyinə görə, infeksiya xəstəxanasının mütləq yeni binası olmalıdır.
“Bu klinika illərdir köhnə amortizasiyalı binada fəaliyyət göstərir və bu məsələ Səhiyyə Nazirliyində dəfələrlə müzakirə mövzusu olub. Tenqiz Tsertsvadzenin həkim qrupu koronavirus pandemiyası zamanı ölkədəki vəziyyəti idarə edirdi. Əlbəttə ki, çox əhəmiyyətlidir ki, ölkənin müasir infeksiya xəstəxanası olsun. Ayıracağımız 40 milyon lari ilə, yeni bina ya alınacaq, ya da inşaat ediləcək” – dedi Giorgi Qaxaria.