Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan yeni pasiyentin vəziyyəti ağır deyil
Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan yeni pasiyentin vəziyyəti ağır deyil

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusa yoluxan yeni pasiyentin vəziyyəti ağır deyil.

Elə onun dediyinə görə, pasiyentə dolğun müayinə bu gün ediləcək.

Ezuqbaiya bəyan edir ki, pasiyent karantin məkanında idi.

Gürcüstanda yeni koronavirusun 195 halı təsdiq olunub, buradan 39 nəfər sağalıb. Koronavirus nəticəsində bir pasiyent dünyasını dəyişib.