Tbilisi qülləsi Ermənistan bayrağının rəngləri ilə işıqlandırıldı

Koronavirusla mübarizədə dəstək əlaməti olaraq, Tbilisi qülləsi Ermənistan bayrağının rəngləri ilə işıqlandırıldı.

“Bu mübarizədə biz sizinləyik! Pandemiyayı birlikdə məğlub edək!” – Gürcüstan qonşu Ermənistana bu mesajı göndərir.

Belə həmrəylıiyi Gürcüstan diqər ölkələrə də göstərmişdi və indiyə qədər, Tbilisi qülləsi İtaliya, İspaniya, Türkiyə, ABŞ, Şimali İrlandiya, Fransa, Azərbaycan və Almaniya bayrağının rəngləri ilə işıqlandırılmışdı.