Tbilisi qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Koronavirusla mübarizədə Azərbaycan Respublikasına dəstək əlaməti olaraq, Tbilisi qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı.

“Pandemiya ilə birgə gücümüzlə mübarizə edək! Birlikdə qalib gələcəyik!” – Bu mesajı Gürcüstan höküməti Azərbaycan xalqına göndərir.

Gürcüstan həmrəyliyini digər ölkələrə də bildirmişdi və bu günə qədər Tbilisi qülləsi İtaliya, İspaniya, Türkiyə, ABŞ, Böyük Britaniya, Şimali İrlandiya və Fransa bayraqlarının rəngləri ilə işıqlandırılmışdı.