Tbilisi dünya şəhərlərinin professiyonal qida və qastronomiya şəbəkəsinin üzvü oldu
Tbilisi dünya şəhərlərinin professiyonal qida və qastronomiya şəbəkəsinin üzvü oldu

Tbilisi dünya şəhərlərinin professiyonal qida və qastronomiya şəbəkəsi – Délice Network-un üzvü oldu.

Bu barədə məlumatı Tbilisi meriyası yayır.

Meriyanın dediyinə görə,  Délice Network qastronimiya turizminin inkişafına yardım edir.

Şəbəkənin üzvü olan ölkələr partnyorları ilə əməkdaşlıq vasitəsi ilə öz təcrübələrini və ən yaxşı praktikalarını inkişaf etdirə bilərlər.

Şəbəkədə üzvlük çərçivəsində, Tbilisi qastronoiya turizminin yardımı ilə müxtəlif maraqlı layihələr həyata keçirə bilər.

Şəbəkəyə Honq Konq, Buenos Aires, Qotenburq, Bordo, Riqa, Kobi və Monreal kimi şəhərlər daxildir.

Tbilisi bu şəbəkənin üzvü olan ilk Qafqaz şəhəridir.