Tbilisi Dövlət Universitetinin Təmizlik Xidmətinin əməkdaşının koronavirusa yoluxması təsdiqlənib
İvane Javaxişvili adına TDU-nin onuncu korpusunun təmizlik xidmətinin əməkdaşlarından birinin koronavirusa yoluxması təsdiqlənib.Bu barədə TDU tərəfindən yayılmış bəyanatda qeyd olunub.
TDU-dən də qeyd olunduğu kimi,bu gün üçün yoluxmuş əməkdaşın şəxsi kontaktları dəqiqləşdirilib , Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinə ətraflı şəkildə məlumat verilib.
Onların verdiyi məlumata görə,yoluxmuş şəxsin işdəki kontaktlarının sayı olduqca azdır.Onunla kontaktda olan bütün əməkdaşlar PCR testdən keçir və özlərini təcrid ediblər.
Universitetdən qeyd olunub ki,bu mərhələdə universitetin əməkdaşları arasında yayılma mənbəyi təsdiqlənməyib.Onuncu korpusda bir daha dezinfeksiya işləri aparılıb.
Hazırladı-Sevinc Mustafayeva