Tamar Qabuniya - Gürcüstan üçün qırmızı zona koronavirus halları gündə 500-dən 700-ə qədər olandan sonra başlayır
Tamar Qabuniya - Gürcüstan üçün qırmızı zona koronavirus halları gündə 500-dən 700-ə qədər olandan sonra başlayır

Gürcüstan üçün qırmızı zona koronavirus halları gündə 500-dən 700-ə qədər olandan sonra başlayır, – bu barədə bəyanatı Səhiyyə Nazirinin müavini Tamar Qabuniya jurnalistlərə ölkənin statusu ilə bağlı verdi.

Onun dediyinə görə, Gürcüstan dünya xəritəsində, hələdə aşağı risk zonasındadır.

“Gürcüstanın statusunun dəyişirilməsi üçün, gərək çox hallar qeydə alına.

Ümid edirik ki, qırmızı nöqtəyə qədər heç vaxt çatmayacağıq.

Letal göstəricilər də, burada təqribən 0.56 faizdir və bu çox aşağı göstəricidir” – dedi Tamar Qabunia.