Tamar Qabunia - "Fayzer"-ın Gürcüstana gətiriləcək ilk vaksina olması ehtimal olunur
Bugün məqsədimiz odur ki, Gürcüstan vətəndaşı mümkün olduğu qədər tez vaxtda, keyfiyyətli vaksina ala bilsin, – bu bəyanatı Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunia Parlamentin Səhiyyə komitəsinin iclasında verdi.
Onun dediyinə görə, “Fayzer”-ın Gürcüstana gətiriləcək ilk vaksina olması ehtimal olunur.
“Fayzerdən” sonra “Astrazeneka” vaksinası gətiriləcək. Hər ikisi də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib.
Digər vaksinalara gəlincə isə, onlar hazırlıq və avtorizasiya prosesindədirər, ancaq onların da müəyyən perspektivləri var və onları da müzakirə edəcəyik” – dedi Tamar Qabunia.