Tamar Qabunia Avropa Şurasının nümayəndə heyyəti ilə görüşdü

Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunia Avropa Şurasının nümayəndə heyyəti ilə görüşdü.

Tərəflər Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyəti müzakirə etdilər və Avropa Şurası baş katibinin “Gürcüstanda münaqişə” adlı konsolidasiyalı hesabatı haqqında danışdılar.

Hesabat Gürcüstanın işğal edilmiş ərazilərində təhlükəsizlik, insan hüquqlarının qorunması və humanitar baxımından mövcud olan vəziyyəti əks edir.

Avropa Şurasının siyasi direktorunun müavini Daniil Xoşabo Gürcüstan iqtidarı tərəfindən atılan addımları müsbət dəyərləndirdi.

Konsolidasiyalı hesabatın hazırlanması məqsədi ilə, Avropa Şurası katibliyinin əməkdaşları ildə iki dəfə, yazda və payızda Gürcüstana səfər edirlər.