Tamar Çerqoleişvili - Kiyevdə nə gözəl "yeniləndirmə" planı qoyulub!
“Kiyevdə nə gözəl “yeniləndirmə” planı qoyulub”, – jurnalist Tamar Çerqoleişvili “Avropa Gürcüstanı” partiyasının liderləri Gigi Uqulava və Giqa Bokerianın lider vəzifəsindən istefa etmələri faktına bu sözlərlə səslənir.
Xatırladaq ki, partiyanın digər iki lideri Gigi Uqulava və Giqa Bokeria partiyanın lider vəzifələrindən istefa etdilər, ancaq siyasətdə qalacaqlarını bəyan etdilər.
Gigi Uqulava bəyan edir ki, partiyanın növbəti səs verməsində baş katib vəzifəsi üçün namizədliyini təqdim etməyəcək.
“Mən də Davit Bakradze kimi düşünürəm və namizədliyimi yenidən təqdim etməyəcəm. Düşünürəm ki, bu doğru və logik bir qərardır. Seçkilərin saxtalaşdırıldığına baxmayaraq, partiyamızın əldə etdiyi nəticə çox pis idi. Bunda mənim də günahım var və məsuliyyəti üzərimə götürürəm” – dedi Gigi Uqulava.