Tamar Archuadze Ambrolauri Hava limanının işçilərini    aviasiya sahəsi üçün dərc olunmuş  təlimatlar  ilə tanış edib
 Tamar Archuadze Ambrolauri Hava limanının işçilərini    aviasiya sahəsi üçün dərc olunmuş  təlimatlar  ilə tanış edib

 

 İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin „Gürcüstan Hava Limanları Birliyi“ -nin direktoru Tamar Archuadze, Ambrolauri Hava Limanının əməkdaşlarını  aviasiya sahəsi üçün dərc olunmuş  təlimatlar  ilə tanış edib . Məlumatı „Gürcüstan Hava Limanları Birliyi “  yayır.

Onların verdiyi məlumata görə, COVID 19-un yayılmasının qarşısını almaq üçün müntəzəm hava hərəkətinin bərpasından sonra,  həm sərnişinlər, həm də hava limanları və  aviaşirkətlər aviasiya sektoru üçün təyin olunan zəruri  tələblərə əməl etməlidirlər.

 „Gürcüstan Hava Limanları Birliyi “  -nin direktorunun sözlərinə görə,ölkə daxili və beynəlxalq turizmin  açılışına hazırlanır.Yerli hava limanları üçün də xüsusi tələb və rekomendasiyalar hazırlanıb.

“Mestia və Ambrolauri hava limanları ölkədə daxili turizmin inkişafında mühüm rol oynayırlar. Beynəlxalq hava limanlarından  əlavə, Racha və Svaneti hava limanları da  yerli turistlər və beynəlxalq ziyarətçiləri  tam hazır vəziyyətdə qarşılamalıdırlar. Ambrolauri və Mestia hava limanları üçün də   tələblər dəyişməz olaraq  qalır: burada əsas tələb bir metr yarımlıq  sosial məsafənin qorunması  və maska taxmaq  olacaq “- deyə Tamar Archuadze bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva