"Svanetoba 2018" Mestiyada bu gün "Fudzeoba" festivalına ev sahibliyi edir
"Svanetoba 2018" Mestiyada bu gün "Fudzeoba" festivalına ev sahibliyi edir

“Svanetoba 2018” festivalı Mestiyada bu gün “Fudzeoba” bölgə folklor festivalına ev sahibliyi edəcək. Tədbirdə necə yerli folklor nümayəndələri, eləcə də tanınmış gürcü ifaçıları iştirak edəcəklər. Festival çərçivəsində folklor sahəsində fəaliyyət göstərən insanları mükafatlandıracaqlar.

Bununla yanaşı, saat 14:00-da “Gürcüstanda İstehsal Et”-in dəstəyi ilə istehlak marketi açılacaq ki, burada 30 sahibkar iştirak edəcək. Sərgi-satışda Gürcüstanda hazırlanmış məhsulun bir çox növü təqdim olunacaq – tekstil, aksesuarlar, spirtli içkilər, çay və başqa.

Festival çərçivəsində ənənəvi svan yeməklərininin sərgisi olacaq. Festivalın son hissəsində #CHECKINGEORGIA “Eqari” və “Region” qrupunun iştirakı ilə qala-konsert təşkil edəcək.

Festival Mestiya munisipaliteti Meriyası və Gürcüstan Milli Turizm Mərkəzi, CHECK IN GEORGIA layihəsinin dəstəyi ilə keçirilir.