Gürcüstan Dəmiryolu Enio Morikoninin konserti üçün əlavə reys təyin etdi

13:14, 07.05.2018

Gürcüstan Dəmiryolu Enio Morikoninin konserti üçün əlavə reys təyin etdi.

Mayın 19-nun konsertində iştirak etmək arzusunda olanlara “Stadler”-in iki mərtəbəli qatarı xidmət göstərəcək.

Qatar Tbilisidən saat 14:10-da çıxacaq və “Black Sea Arenada” saat 18:30-da olacaq.

Konsertin başa çatmasından sonra isə qatar elə oradan Tbilisi istigamətinə saat 00:05-də çıxacaq və paytaxtda saat 04:25-də olacaq.

Biletlərin əldə edilməsi Mərkəzi Dəmiryolu Vağzalı kassalarında, Dəmiryolunun rəsmi veb səhifəsində və aplikasiya vasitəsi ilə mümkündür.

CheckinGeorgia 2018 mövsümü mayın 19-da Enio Morikonenin konserti ilə açılacaq.

Oxşar